Beyləqanda vətəndaş qəbulu keçirilib

Beyləqanda vətəndaş qəbulu keçirilib 2024-04-29 17:49:27
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Beyləqanda Ağcabədi, Beyləqan, İmişli və Füzuli rayonlarının sakinlərini qəbul edib. Qəbulda 43 vətəndaş iştirak edib.

Qəbula gələnlər daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qeydiyyatı, kadastrı, torpaqların təyinatının dəyişdirilməsi, sərhədlərinin dəqiqləşdirilməsi, islahat zamanı ayrılmış pay torpaqlarının qeydiyyatı zamanı qarşıya çıxan uyğunsuzluqların aradan qaldırılmasına və dürüstləşdirilmə işlərinin sürətləndirilməsinə dəstək göstərilməsi və digər məsələlər barədə müraciət ediblər.

Qəbul zamanı qaldırılan bəzi məsələlər həllini tapıb, araşdırılması tələb olunan müraciətlər baxılması üçün qeydiyyata alınıb, qanunvericiliyin tələbləri ətraflı izah olunub.

Vətəndaş qəbulunun digər şəhər və rayonlarda da davam etdirilməsi nəzərdə tutulur.
Digər şəkillər